İş axtaranlara yeni iş imkanı-480 boş iş yeri təklif olunacaq
27.08.2015 910 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə iki rayonda Əmək yarmarkası keçirəcək

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 2 rayonda Əmək yarmarkaları təşkil olunacaq. 
 Qazeta.info ƏƏSMN-in məlumatına əsasən bildirir ki,   Əmək yarmarkalarının avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçirilməsi planlaşdırılır. İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.  
   İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar