İş adamı oğluna dəbdəbəli toy etdi: Dünya ulduzları Bakıda - VİDEO
28.11.2021 649 0.0 0

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

Qazeta.info olay.az-a istinadla xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar. Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artistləri Miri Yusif, Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.

Məşhur simalar "Sədərək" ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin oğlu Orxanın toyunda səhnəyə çıxıblar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar