İraqdan şok qərar: İranın məşhur generalı əməliyyata qoşuldu
18.10.2016 888 0.0 0

Türkiyəyə qarşı qərəzli siyasət yürüdən rəsmi Bağdad daha bir qalmaqallı addım atıb. Livanda yayımlanan, Hizbullaha yaxınlığı ilə tanınan “Əl-Əhbar” qəzeti İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin İraq hökumətinin dəvəti ilə Mosula getdiyini açıqlayıb.
 
Qazeta.info
Axar.az -a istinadla xəbər verir ki, Süleymani Mosul əməliyyatını idarə edən əsas şəxslərdən biri olacaq.
 
İranın ABNA agentliyi isə Süleymani və Haşdi Şabi komandirlərinin yer aldığı bir fotoşəkili yayımlayıb.
 
Xatırladaq ki, Türkiyənin Başikada mövcudluğunu həzm edə bilməyən İraq hökumətinin İrana bu ölkədə 9 hərbi baza açmağa imkan verməsi, üstəlik, Başikadakı türk əsgərlərinin Mosul əməliyyatına qoşulmaması üçün oranı mühasirədə saxladığı halda bu əməliyyata başçılıq edəcək komandanı İrandan çağırması birmənalı qarşılanmır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar