İraqda Səddam Hüseynin «varisi» öldürülüb-Foto
18.04.2015 701 0.0 0

 İraqda edam edilmiş prezident Səddam Hüseynin “sağ əli” hesab edilən üsyançı lider İzzət İbrahim Duri Ərbil vilayətinin Hamrin dağlarında öldürülüb.


 
Məlumata görə, bu barədə BBC məlumat yayıb. Duri aktiv şəkildə İŞİD-i dəstəkləyən “Ən-Nəxşbəndi döyüşçüləri ordusu”na rəhbərlik edib.
 
Duri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən devrilən və İraq məhkəməsinin qərarı ilə 2006-cı ildə edam edilən keçmiş prezident Səddam Hüseynin varisi hesab olunub.
 
Xatırladaq ki, son həftələr “İslam dövləti”nin Ərbil, Babil, Bağdad və Kərkük vilayətlərində mövqeləri zəifləyib.
/apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar