İraqda dəhşətli terror aktları həyata keçirilib-Çoxlu insan tələfatı var
06.03.2016 605 0.0 0

 İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.
 
 “Press” TV-yə istinadən verilən məlumata görə, maşın polis postu yaxınlığında partladılıb.
 
Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.
 
Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.   
 
Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar