İraq ordusu ilk dəfə Mosulun yaşayış məhəllələrinə daxil olub
07.11.2016 637 0.0 0

İraqın hökumət qüvvələri Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başlamasından sonra ilk dəfə şəhərin yaşayış məhəllələrinə daxil olub.

Bildirək ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Məlumata görə, ordu Əs-Saad və Bauza rayonlarına nəzarəti əlinə alıb. 

Bununla yanaşı, İraqın Hərbi Hava Qüvələri İŞİD-in bir neçə silah anbarını məhv edib. Ordu birləşmələri şəhərin şərq hissəsində zirehli tank birləşmələrinin dəstəyi ilə ekstremistlərin müqavimətini qıraraq şəhərin mərkəzinə doğru irəliləməkdə davam edirlər.

İraq Kürdüstanının Təhlükəsizlik Komitəsinin rəhbəri Masrur Bərzani bildirib ki, İŞİD pilotusz uçuş aparatlarından, həmçinin zəhərli maddəli uzaqvuran mərmilərdən və digər vasitələrdən istifadə edir. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar