İranlı deputat: Düşünürdülər ki, Bəşər Əsədi tezliklə devirə biləcəklər
04.03.2016 515 0.0 0

 “Dəfələrlə xəbərdarlıq etmişdik ki, Suriyada iş daha da çətinləşmədən gəlin, bu məsələni həll edək. Lakin diqqətə almadılar. Çünki düşünürdülər ki, Suriyahökumətini və Bəşər Əsədi devirə biləcəklər”. 

Bunu İran bürosuna açıqlamasında İran parlamentinin Təhlükəsizlik Komissiyasının sədr müavini İsmail Kövsəri deyib.

İ. Kövsəri qeyd edib ki, Suriyada ABŞ və Səudiyyə Ərəbistanının başlatdığı müharibə “Hizbullah” kimi qüvvələrin sayəsində davamlı məğlubiyyətlərlə üzləşib: “Suriya böhranının həlli suriyalı qüvvələrin qarşılıqlı müzakirəsi ilə ola bilər. Suriya xalqı özü bu ölkənin taleyi haqqında qərar qəbul etməlidir. ABŞ və Səudiyyə Ərəbistanı hələ də öncəki mövqelərindən geri çəkilməyiblər və düşünürlər ki, problemi özləri istədikləri kimi həll etməlidirlər. Amma biz deyirik ki, Suriyaböhranı xarici qüvvələrin müdaxiləsi və hərbi yolla deyil, bu ölkə vətəndaşlarının iştirakı ilə ölkə daxilində həll olunmalıdır”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar