İranda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
20.02.2018 774 0.0 0

İranda fevralın 18-də qəzaya uğrayan təyyarənin qalıqları 50 saat axtarışdan sonra tapılıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, bu gün səhər helikopterlər Dena dağının yüksəkliklərində Tehran-Yasuc marşurutu üzrə uçuş həyata keçirərkən qəzaya uğramış ATR tipli təyyarənin qalıqlarını aşkarlayıblar.

 
SEPAH sözçüsü, general Ramazan Şərif deyib ki, qəzanın baş verdiyi yerin və təyyarənin qalıqlarının fotoları çəkilib: "Hava şəraiti uyğun olan kimi, ora müvafiq qruplar göndəriləcək. Dağlıq ərazi olması ora gediş-gəlişi bir az çətinləşdirir. Lakin artıq təyyarənin qalıqları tapıldığı üçün axtarışlar bir istiqamətə yönələcək və bu işi sürətləndiriləcək”.
 
İsfahan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının direktoru qeyd edib ki, helikopterlərin həmin əraziyə enməsi mümkinsizdir: “Bu səbəbdən  ölənlərin cəsədlərinin götürülməsi və digər tədbirlər alpinistlərin və xilasedicilərin köməyi ilə həyata keçiriləcək".

 

Qeyd edək ki, təyyarə qəzasında 66 nəfər ölüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar