UKRAYNA ORDUSU HƏRƏKƏTƏ KEÇDİ(FOTO)
04.01.2015 835 0.0 0

Ukrayna Milli Qvradiyası Odessa vilayətində xüsusi əməliyyata başlayıb.

məlumatına görə, hərbçilər Odessa vağzalına KrAZ maşınları ilə gəliblər.

Şahidlər bildirirlər ki, hərbçilər ən azı iki maşın karvanı ilə gəliblər. Milli Qvardiyanın vilayətdə operativ-profilaktik əməliyyatlar həyata keçirəcəyi bildirilir.

Əhalinin təşvişə düşdüyünü görən Odessa polisi açıqlama verib: "Hərbçilər küçələri nəzarətdə saxlayacaqlar. Əmin olun ki, qorxulu heç nə yoxdur. İnsanlar küçəyə çıxmasınlar. Biz sakinləri sadəcə terror aktlarından qorumağa çalışırıq".


Qeyd edək ki, operativ-profilaktik əməliyyatlar Seqedskoyda baş vermiş güclü partlayışdan sonra həyata keçirilməyə başlanıb.//ANS PRESS


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar