İran XİN: Zərif ilə Çavuşoğlunun görüşü 5 saat davam edib
19.08.2016 532 0.0 0

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Tehrana  qısamüddətli səfər edərək ölkənin XİN başçısı Məhəmməd Cavad Zərif ilə görüşüb”.

 

Məlumata  görə, bu sözləri  İran XİN sözçüsü Bəhram Qasimi deyib.

 

B.Qasiminin sözlərinə görə, danışıqlarda ikitərəfli əlaqələr, regionda baş verən proseslər,  xüsusilə Suriya böhranı müzakirə olunub.

 

B.Qasimi qeyd edib ki, M. C. Zərif  ilə M.Çavuşoğlu arasında görüş 5 saat davam edib.

 

“Məhəmməd Cavad Zərifin ötən həftə Türkiyəyə səfəri zamanı iki ölkə arasında davamlı şəkildə rəsmi və qeyri rəsmi görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb. Bu səbəbdən yaxın gələcəkdə də iki ölkə rəsmiləri arasında görüşlərin keçiriləcəyi gözlənilir”, deyə Bəhram Qasimi deyib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar