İran XİN: ABŞ nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir
09.11.2016 503 0.0 0

ABŞ istənilən halda İranla əldə olunan nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir. RINN telekanalına istinadən verilən məlumata görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Donald Trampın ABŞ prezidenti seçilməsini şərh edən M.C.Zərif bu posta seçilən insanın dünya həqiqətlərini dərk etməli olduğunu deyib.

Nazir qeyd edib ki, bu ABŞ vətəndaşlarının seçimidir:

"Tehranın Vaşinqtonla siyasi əlaqələri yoxdur, amma istənilən halda ABŞ nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir”./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar