İran prezidenti ABŞ-ı region ölkələrini parçalamağa çalışmaqda ittiham edib
11.02.2018 792 0.0 0

İran prezidenti Həsən Ruhaniİranın Suriya və İraqa yardımının bu ölkələrin parçalanması planlarını pozduğunu bəyan edib.

 

Məlumata görə,  bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edən H. Ruhani deyib ki, ABŞ və İsrailin Livanda iğtişaş yaratmaq planı da İran və dost ölkələrin dəstəyi ilə pozulub.

 

Regiondakı problemlərin danışıqlar yolu ilə həllini zəruri sayan İran prezidenti ABŞ-ın İranın daxili işlərinə qarışmaq cəhdlərinin də baş tutmadığını vurğulayıb. H. Ruhani ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının  ilə bağlı mövqeyini də tənqid edib: "ABŞ-ın Qüds planı da uğursuz oldu, çünki dünya bu çirkin plana müqavimət göstərdi". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar