İran növbəti dəfə ballistik raket sınaqdan keçirib
19.04.2016 555 0.0 0

 İran bu gün axşam saatlarında növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib. Məlumata görə, bu barədə “Kommersant” nəşri hərbi mənbəyə istinadən məlumat yayıb.
 
Məlumata görə, İran hərbçiləri ballistik raketin sınaq buraxılışını həyata keçiriblər. Raketin hansı tipdə olduğu barədə məlumat verilmir.
 
Raketin  buraxılması faktı Rusiyanın Armavir və Orsk şəhərləri yaxınlığında yerləşən radiolokasiya stansiyaları (RLS) tərəfindən qeydə alınıb.
 
Məlumata görə, Bakı vaxtı ilə 13.33-də qeydə alınan raket buraxılışı Səmnan poliqonundan həyata keçirilib. Raketin uğurla sınaqdan keçirildiyi qeyd olunur.  
 
“Hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar”, - deyə nəşr qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar