İran diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verildi
02.10.2015 793 0.0 0

Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi ölkənin Tehrandakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bahrain News Agency" məlumat yayıb.
Məlumata görə, İran İslam Respublikasının müvəqqəti işlər vəkili "arzuolunmaz şəxs" elan edilib.
"Krallıq Bəhreynin İrandakı səfiri Səəd əd-Dausarini geri çağırmaq və İslam Respublikasının Krallıqdakı müvəqqəti işlər vəkili Məhəmməd Rıza Babayini "arzuolunmaz şəxs" elan etmək qərarına gəlib. Ona ölkəni tərk etmək üçün 72 saat vaxt verilir", - deyə agentliyin xəbərində bildirilir.
Məlumata görə, Bəhreyn XİN-i bu qərarı "İranın fasiləsiz olaraq Krallığın daxili işlərinə qarışması" səbəbindən qəbul edib.
"İran Bəhreynin işlərinə qarışmaqda davam edir, dinlərarası ədavət yaratmağa çalışır, onun liderləri isə Bəhreynə qarşı aqressiv bəyanatlar səsləndirirlər", - deyə hökumətin bəyanatında qeyd olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar