İran Danimarkaya nota verdi
15.04.2016 564 0.0 0


İran hökuməti Danimarkaya bu ölkədəki səfirliyinə qarşı törədilən vandalizm aktına etiraz olaraq nota göndərib.

Məlumata görə, bununla əlaqədar olaraq Danimarkanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

İran Xarici Siyasət İdarəsindən bildirilib ki, səfirliyə hücum beynəlxalq hüquq normalarının pozulması deməkdir. İran hökuməti baş verən hadisə ilə bağlı Danimarka tərəfinin cavabını gözləyir.

Danimarkalı diplomat öz hökuməti adından özr istəyib və baş verən hadisə ilə bağlı tədbir görəcəklərini söyləyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar