İran Astanda keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxış edib
18.01.2017 744 0.0 0

Rəsmi Tehran Astanda yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxış edib.

“RİA Novosti”-yə istinadən verilən xəbərə görə, bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib.  
 
“Biz ABŞ-ın danışıqlarda iştirakının əleyhinəyik. Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına qarşıyıq”, - deyə Zərif bildirib.  
 
Qeyd edək ki, danışıqlar Rusiya-İran-Türkiyə üçtərəfli formatda keçiriləcək.
 
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriya nizamlanmasında bu cür formatın səmərəliliyini qeyd edib, lakin bölgədə ABŞ kimi qlobal oyunçuların maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar