«İrəvandakıların 1/10 Bakıda olsaydı...»
25.06.2015 790 0.0 0

“İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim “qayğımızı çəkənlər” bir ay susmazdılar”.

Məlumata görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb. 

“Amma indi CNN, BBC, “Guardian”, “Independent”, “Amnesty İnternational”, HRW, “Freedom House” və digərləri görün necə susurlar. İkili standartın göstəricisi budur". 

N.Məmmədov belə münasibətə izah da verib: "Çünki Ermənistan müsəlman ölkəsi deyil”, - deyə PA rəsmisi söyləyib. 

Xatırladaq ki, Ermənistanın paytaxtında elektrik enerjisinin tarifinin artırılmasına etiraz olaraq xalq üsyanı başlayıb. Etiraz aksiyaları bir neçə gündür ki, davam edir. Baş verən toqquşmalar nəticəsində 200-dən çox adam saxlanılıb. Onlarla insan xəsarət alıb. Yaralılar arasında peşə borcunu yerinə yetirən jurnalistlər də var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar