İntihar edən rəis haqda bəzi təfərrüatlar məlum olub
26.09.2015 745 0.0 0

Qazeta.info-ya dünən intihar edən “Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev-ntihar səbəblərini haqda  bəzi məlumatlar daxil olub.

 Məlumata görə,iki aya yaxındır ki, yuxarıda qeyd olunan vəzifəyə təyin olunmuş İlkin Ağayev intihardan öncə məktub yazaraq  ölümündə heç kimi günahkar saymadığını və həyatdan bezdiyini qeyd edib.

 

Lakin buna baxmayaraq mərhumun həyat yoldaşı Aysel xanım yas mərasimində fəryad edərək, İlkini bu həddə çatdıranların olduğunu və onların tezliklə aşkarlanıb cəzalanacağını söyləyib.

 

Xatırladaq ki, dünən intihar edən İ.Ağayev ailəlidir və 3 övladı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar