
Kürdəmir sakinləri sosial şəbəkədə işbazların toruna düşüb. Fırıldaqçılar insanların telefonlarına internet yükləmək adı ilə pullarını mənimsəyirlər.
İnternetdən istifadə edən fırıldaqçılar yenə iş başındadır.
Bu dəfə onların toruna Kürdəmir sakinləri düşüb.Rayon sakini Ramin Mütəllimov sosial şəbəkələrdə telefonuna internet yükləmək üçün araşdırma aparıb.Belə birsəhifə ilə qarşılaşanrayon sakini həmin şəxsə müraciət edərək limitsiz internet almaq istədiyini yazıb.Sonra isə ona deyilən məbləği ödəyib.
Pulu yükləyəndən sonra həmin səhifə ilə əlaqə qurmaq mümkün olmayıb.Raminlə bərabər onun qohumu Amal Misirov da fırıldaqçılığın qurbanı olub.Hazırda isə onların yazışdığı şəxslə əlaqə qurmaq mümkün olmur.
Fırıldaqcılar digər insanları inandırmaq üçün ödənilən pulların qəbzlərini də səhifələrindəpaylaşıblar.
Aldadılan şəxslər başlarına gələn bu hadisədən sonra polisə müraciət edəcəklərini bildirblər./xezerxeber.az/