İnternet zəifləyirsə bunları edin
26.03.2017 2058 0.0 0

Wifi dalğaları; cib telefonu və ya radio ilə əldə edilən elektromaqnit dalğaların eynisidir.Yaşadığımız dövrü internetsiz təsəvvür etmək mümkün deyil.Lakin internentdən istifadə zamanı da müəyyən problemlərlə qarışlaşırıq.Bunlardan ən vacibi Wifi dalğalarının hər zaman qənaətbəxş olmamasıdır.Bəs güclü Wifi dalğasının təmin olunması üçün nə etməliyik?

Qazeta.info Türkiyə mətbuatına istinadla həmin qaydaları oxuculara təqdim edir.


Cib telefonu və radio dalğalarından yeganə fərqi isə WiFi dalğalarının digərlərindən daha qısa olması yəni 12 sm uzunluğunda olmasıdır.

Siqnalın daha güclü olması üçün diqqət edilməsi lazım olan modemin olduğu nöqtədir. Çünki siqnallar divarlar və metal səthləri tərəfindən udulur və nəticədə dalğanın zəifləməsinə səbəb olur.
Evdə modemin qoyulduğu yer, siqnalın güclü gəlməsini böyük təsir edir.

Etməniz lazım olan ilk şey modeminizin mərkəzi bir yerə qoymanızdır. Çünki modem cihazı hər tərəfə bərabər nisbətdə siqnal yayır.
Ancıq elə yerlər var ki, Wifi cihazının həmin  yerdə olması daha effektli dalğa verməsinə şərait yaradır. Misal üçün əgər cihazı bir şkafa qoysanız şkafın divarları siqnalları udacaq.

 

Cihazın yayılma bucağı üçün uyğun bir yerin olması  əsas şərtdi. Evinizdə ən uzaq məsafəni və otaqların sayını nəzərə almalısınız.

Eyni zamanda modeminizi, evin yuxarı hissələrinə qoyduğunuz halda istəyəcəyiniz keyfiyyətə nail olarsınız. Çünki Wifi cihazı yerdə olanda siqnallar aşağıda olan  bəzi materialların və cihazların təsiri ilə zəifləyəcək.Hətta bəzi materiallar vardır ki , dalğalar o materialların içindən keçmir.

Bundan başqa, əksər modem dalğaları üstən aşağı doğru yayması üçün nəzərdə tutulmuşdur. Yəni modemi yerə qoysanız səbəbsiz yerə alt qata siqnal verərsiniz.

Bir çox elektron cihaz, modemin siqnallarını qarışdırır. TV, komputer, mikrodalğalı soba və içində motor olan digər cihazlar. Buna görə də insanlar haqlı olaraq modemini digər elektron cihazlardan uzaq tutmaq istəyəyirlər.

Bir çox modemin iki antenası olur. Ən yaxşısı birini üfüqi, digərini isə şaquli vəziyyətdə saxlayın.
Cihazların daxili antenaları modemlə paralel olduqları zaman daha yaxşı çalışırlar. Bu səbəbdəndir noutbukların içindəki antenaları üfüqi nizamlayın.

Amma tablet və ya mobil cihaz istifadə edirsinizsə tamamilə bu hal sizin harda durmanızdan aslıdır. 

Əgər şəbəkənin yaxşı işləmədiyini hiss etdinizsə, siqnal səviyyəsini ölçə bilərsiniz.

 

Wi-fi istifadə edilən zaman buraxılan bəzi səhvlər!
 

 - modemin divarın arxasına yerləşdirmək.

Yəni bir otaqda modemi yerləşdirib digər otaqda internetə girmək yalnış hal hesab olunur.

-Wifi cihazını alan zaman onun istifadə təlimatı kitabçasını zibilə atmaq

-Modemə  ad verməyi unutmaq
Əgər Wifi-nıza hər hansı bir ad verməsəniz öz şəbəkənizi tapmaq çətin olar. Çünki digər istifadəçilərdən də  mütləq şəbəkəsinə xüsusi ad verməyi unutmuş  olan kəslər ola bilər.

-odemin şifrəsini dəyişdirməmək
Modeminizin qurarkən, modemin idarəçi şifrəsini dəyişdirin. Bu səbəblə təhlükəsizlik tədbirini alırsınız və modemə istəmədiyiniz kəslərin müdaxilə etməsinə mane olursunuz.

-səhv şifrələmə üsulları seçmək
Bir çox hallarda Wifi cihazına sadə şifrələr verilir ki, bu da yalnışdır.Çünki sadə şifrələr  hər hansı haker hücumu zamanı tez "sındırılır" və Wifi cihazına kənardan olunan müdaxilə dalğanın zəifləməsinə gətirib çıxarır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar