İnstitut direktoru: `Qeysəriyyə əməliyyatı ana və uşaq üçün travmadır`
25.02.2022 375 0.0 0

“Statistikaya görə, hər on uşaqdan biri vaxtından əvvəl doğulur”.

Bildirək ki, bunu Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

O bildirib ki, bu rəqəmlər getdikcə dəyişərək 1,5-2-yə çata bilər: “Bu, süni mayalanmaların daha da artması ilə bağlıdır. Ailələr uşağın doğulamsı üçün tam vaxtı gözləmir. Bunlar da sayı artıra bilər. Məsələn, ailələr var ki, uşağının 22.02.2022-də doğulmasını istəyir ki, vəsiqəsində rəqəmlər uyğun olsun. Bu zaman 5-6 həftə erkən doğulmalar olur, analar qeysəriyyə əməliyyatına girirlər. Bu da ana və uşaq üçün risk, travmadır. Bu yolverilməzdir”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar