İngiltərə şahzadəsi Çarlz bir ildə ikinci dəfə Hindistana səfər edəcək
28.10.2019 426 0.0 0

Britaniya taxt-tacının varisi Şahzadə Çarlz, gələn ay davamlı bazarlar, iqlim dəyişikliyi və sosial maliyyələşdirmə mövzusunda Hindistana rəsmi bir səfər edəcək.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, Çarlz noyabrın 13-də çərşənbə günü ikigünlük ziyarət üçün Nyu-Dehliyə gələcək. Bu Çarlzın Hindistana 10-cu rəsmi səfəri olacaq.

Xarici İşlər Nazirliyinin tələbi ilə hökumətin prioritetləri əsasında edilən səfər barədə daha ətraflı məlumat vaxtında açıqlanacaq, deyə "Clarence House" ofisi əlavə edib.

İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra Hindistanla ticarət sövdələşməsini təmin etmək niyyətindədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar