İngiltərə Premyer Liqası: `Liverpul` `Lester`i, `Arsenal` `Vulverhempton`u məğlub edib
11.02.2022 349 0.0 0

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində "Liverpul" öz meydanında "Lester"i qəbul edib.

Məlumata görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolu Dioqu Jota (34 və 87-ci dəqiqələr) vurub.

Digər oyunda "Arsenal" "Vulverhempton" səfərinə yollanıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Yeganə qolu 25-ci dəqiqədə Qabriel vurub.

Qeyd edək ki, "Liverpul" 24 tur ərzində keçirdiyi 23 oyuna 51 xal toplayıb və turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. "Arsenal" 22 oyuna 39 xalla beşinci pillədədir./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar