İngiltərədə təyyarə maşın bazarına düşdü- Bin Ladenin ailə üzvləri öldü - VİDEO
01.08.2015 717 0.0 0
İngiltərədə təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin "Əl Qaidə"nin keçmiş lideri Usama bin Ladenin ailə üzvləri olduğu məlum olub.

 

“Daily Mail”ə istinadən verilən xəbərə görə, bu barədə bin Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına deyiblər.

 

Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.

 

Xatırladaq ki, İngiltərənin Hempşir qraflığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

 

Kiçik həcmli “Embraer Phenom 300” tipli mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Nəticədə pilot və təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.|apa
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar