İngilis nəşrindən telefon istifadəçilərinə şok çağırış -Cibinizdə İsrail casusu ola bilər
22.07.2019 122 0.0 0

İsrail mənşəli "Pegasus" adlı casus proqramının Apple, Google, Facebook, Amazon və Microsoft istifadəçilərindən server məlumatları topladığı ortaya çıxıb. 

Məlumata görə, vhatsap sosial şəbəkəsi qətlə yetirilən jurnalist Camal Qaşıqçını izləmək üçün də istifadə edilən bu proqram haqqında may ayında ağıllı telefon istifadəçilərini xəbərdar etmişdi. 

İngiltərənin "Financial Times" nəşrinin yazdığına görə, İsrailin "Pegasus" casus proqramı Apple, Google, Facebook, Amazon və Microsoft hesablarına da sıza bilib. 
 

Nəşrin iddiasına görə, "Pegasus" yalnız bir cihazda toplanan məlumatları deyil, eyni zamanda istifadəçinin arxivləşmiş mesajları və fotoları da daxil olmaqla bütün məlumatlarını əldə edə bilir. "Financial Times" telefon istifadəçilərinə çağırış edərək belə yazıb : "Telefon istifadəçiləri diqqət: Cibinizdə İsrailin casusları ola bilər!"


Qeyd edək ki, vhatsap  may ayında bəzi insanların ağıllı telefonların üzərindən şəxsi məlumatlarının ələ keçirildiyini açıqlamışdı. Hücumun arxasında "irəli səviyyəli bir kiber aktyorun" olduğunu bildirən şirkət, istifadəçilər qəbul etməsə belə kiber təcavüzkarların telefonlara  bir casus müşahidə proqramları yükləyə bildiyini qeyd etmişdi. Şirkət bunun İsrailə məxsus "Pegasus" proqramı nəticəsində baş verdiyini açıqlamışdı. 

Bundan öncə, İsrailə məxsus NSO Group tərəfindən inkişaf etdirilən "Pegasus" proqramının yalnız istintaq işlərində istifadə etmək üçün xarici ölkələrə satıldığı haqda məlumatlar vardı./Avropa.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar