İnanılmaz hadisə- Rio 2016 -nı izləməyə gələn naziri soydular
08.08.2016 539 0.0 0

Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, oğru dərhal yaxalanıb.

Nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib. T.B.Rodriges bu tələbi yerinə yetirib.

Amma cinayətkar çox uzağa gedə bilməyiblər. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar./repor/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar