İlqarə özü haqqında yayılan şayiələrdən danışdı (FOTO)
03.04.2015 1031 0.0 0

Gənc müğənni İlqarə Kazımovanın mütəmadi olaraq İstanbula getməsindən xəbərimiz var. Hətta Novruz bayramını da İstanbulda keçirən müğənni, ötən həftə yenidən İstanbula qayıdıb. 

Qazeta.info bildirir ki, müğənni ANS PRESS-ə açıqlamasında intensiv İstanbul səfərlərinin səbəblərindən danışıb: “Bir çoxları düşünür ki, İstanbul yalnız ticarət mərkəzləri, əyləncə məkanları və gecə klublarından ibarətdir. İstanbul hər şeydən öncə Roma, Bizans və Osmanlı imperiyalarının paytaxtı olub. Bu şəhərin gəzməli-görməli tarixi məkanları, qədim abidələri saysız-hesabsızdır. Mən də bu şəhərə sırf səyahət məqsədilə gəlmişəm. İstanbulun bütün gəzməli-görməli yerlərini dolaşacaq, tarixi abidələri, muzeyləri, incəsənət qalereyalarını ziyarət edib, bu şəhəri özüm üçün fərqli yöndən kəşf etmək istəyirəm. İstəyirəm İstanbulun görmədiyim yerlərində olub. Ziyarət etdiyim bütün məkanlardan fotoları isə instaqram sosial şəbəkəsindəki hesabıma yerləşdirəcəyəm”

Müğənni həmçinin yaxın günlərdə yeni mahnısını təqdim edəcəyini də bildirib: “Empire Music Entertaiment” musiqi şirkəti ilə yeni mahnı yazdırmışam. Mahnı çox ritmikdir. Əsl yay mahnısıdır. Mahnının hit olacağına əminəm. O qədər xoşuma gəlib ki, bu mahnıya mütləq klip də çəkdirəcəyəm. Yay ab-havalı mahnı olduğundan, klipi dəniz kənarında çəkdirməyi fikirləşirəm. Amma rejissorun fikri də mənə maraqlıdır. Bir sözlə, məni sevərlər yeni mahnımı gözləsinlər".

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar