İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayına həsr olunmuş iclasında nitqi-VİDEO
09.10.2016 909 0.0 0

Məlum olduğu kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitq söyləyib.

 

Prezident ölkənin Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlərin davam etməsini, sosial mənzillərin tikintisinin başlamasın və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılmasını diqqətə çatdırıb.
 
Daha sonra , Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirərək, MDB məkanında liderliyi saxladığımızı bildirib.
 
Prezident İlham Əliyev ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın  inkişafı ilə bağlı tapşırıqlarını verərkən bildirib ki, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılması qeyd edib.
 
Dövlət başçısı bildirib ki, bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu yekunlaşıb, Azərbaycanda böyük idman yarışları keçirib.

Daha sonra Prezident, dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaları, alovlanan müharibələri , artan təhdid və riskləri, Yaxın Şərqdəki vəziyyəti, Dünya iqtisadiyyatında böhranlı vəziyyət, Azərbaycanın möhkəmlənən beynəlxalq mövqelərindən danışıb. 

Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev  "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları onu maliyyələşdirir, silah verir, lobbi yaradır, təbliğ edirlər. Azərbaycan ikili standartlarla üzləşmişdir, bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. " deyə qeyd edib.

Qazeta.info İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayına həsr olunmuş iclasında giriş və yekun nitqini təqdim edir:

 

İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayına həsr olunmuş iclasında yekun nitqi

 

 

İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayına həsr olunmuş iclasında yekun nitqi

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar