İlham Əliyevin Müqəddəs Taxt-Tacın dövlət katibi ilə geniş tərkibdə görüşü keçirib
07.03.2015 646 0.0 0
Vatikana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirildi.

Daha sonra Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırılaraq, bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulanıb. 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bununla da martın 6-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar