İlham Əliyev Şimon Peresi qəbul edib
01.10.2015 512 0.0 0


Qazeta.info bildirir ki,Prezident İlham Əliyev İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi qəbul edib. 

Görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb.

İsrail Dövlətinin sabiq Prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. 

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar