SİYAVUŞ NOVRUZOV ABŞ-I "TOPA TUTDU"
16.12.2014 723 0.0 0

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında ABŞ-ı tənqid edib.

Məlumata görə, S.Novruzov çıxışında qeyd edib ki, ABŞ-da insanlara verilən işgəncələr dünyanın hər bir yerində müzakirəyə səbəb olub: “Demokratiya, insan hüquqları, söz, fikir azadlığı pərdəsi altında maskalandığını, lakin əmələ gəlincə hansı nəticəyə sahib olmasını biz yox, məhz ABŞ Konqresinin özü deyir. Təsadüfi deyil ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi, eləcə də vitse-prezidenti də etiraf edir ki, terrorun qarşını almaq üçün işgəncələrə əl atıblar. O zaman ortaya sual çıxır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını və məcburi köçkünü olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdrımaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan “Freedom House” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”.

S.Novruzov qeyd edib ki, tarix boyu Teymurləng işgəncə verən kimi qələmə verilib: “Lakin Teymurləng bunların yanında heç nədir. Hər zaman sonradan məlum olurdu ki, işgəncə verilən insanların əksəriyyəti günahsız olub. Bəs bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Bilirsiniz ki, adətən Amerikada Milad bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib və qaradərililərin soyqırımına başlayıblar”. //Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar