İlham Əliyev: Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub
23.02.2016 555 0.0 0

"Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib”.

IRNA-ya istinadən verilən məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi mətbuat konfransında deyib.
 
Azərbaycan prezidenti İrana tətbiq edilən sanksiyaların götürülməsindən çox şad olduğunu deyib, İran xalqını və prezidentini təbrik edib.
 
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda səfərdədir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahaələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar