İki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri dəyişir
04.03.2022 332 0.0 0

Gəncə şəhərində Nizami və Kəpəz bələdiyyələrinin əhatə etdiyi ərazi vahidləri dəyişir.

Məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir.

Eyni zamanda Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.

Qeyd edək ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, Nizami və Kəpəz rayonları ləğv edilir. Buna görə də müvafiq qaydada “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da dəyişiklik edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar