İdmançımıza qalib gələn rusiyalı güləşçi dopinqə görə cəzalanıb
11.04.2022 496 0.0 0

Rusiyalı sərbəst güləşçi Aleksandr Boqomoyev (61 kq) 4 il müddətinə yarışlardan diskvalifikasiya olunub.

Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəsmi saytına istinadən xəbər verilir ki, buna Avropa çempionunun antidopinq qaydalarını pozması səbəb olub.

Orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkarlanan 33 yaşlı idmançının cəza müddəti 2020-ci il dekabrın 4-dən hesablanır.

Qeyd edək ki, Aleksandr Boqomoyev 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. O, yarımfinalda Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevi məğlub edib. Meldonium 2016-cı il yanvarın 1-dən Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısına salınıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar