İdmançımız para-taekvondo üzrə Avropa çempionatının qalibi olub
01.11.2019 507 0.0 0

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında Azərbaycan komandası növbəti dəfə uğurlu çıxış edib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, millinin üzvü Aynur Məmmədova "PalaFlorio" idman arenasında 58 kq yuxarı çəki dərəcəsində qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası qitə çempionatında idmançı ilə təmsil olunur. Yarışlara noyabrın 3-də yekun vurulacaq.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanov rəhbərlik edir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar