İcra başçısının sındırdığı bayraq Kolumbiya bayrağı imiş - VİDEO, FOTO
10.11.2016 857 0.0 0

Xəbər verdiyimiz kimi, Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

Qazeta.info “Qafqazinfo” -ya istinadla xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif müxtəlif baxışlardan şərh edilib.

Amma ən maraqlı olan odur ki, Ə. Abıyev Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan bayrağı ilə Kolumbiya bayrağının dəyişik salınması halı baş verib.

 

Ermənistan bayrağı

 

Kolumbiya bayrağı

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar