I Avropa Oyunlarının ancaq açılış mərasiminə sərf edilən xərc məlum olub
13.06.2015 1078 0.0 0

I Avropa Oyunlarının ancaq açılış mərasiminə sərf edilən xərc 100 milyon manatı ötüb.

Məlumata görə, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov mətbuat konfransında həmçinin qeyd edib ki, Avropa Oyunlarında Avropa ölkələrinin liderlərinin iştirak etməməsi barədə sosial şəbəkələrdə hansısa şəxslər tərəfindən verilən məlumatlar düzgün deyil.

Nazir qeyd edib ki, acılış mərasimində Avropa ölkələrinin liderləri çox yüksək səviyyədə təmsil olunub: "Qeyd edilən ölkələrin hamısının rəhbərləri acılışda iştirak edib. Tədbirdə İsveçrə, Böyük Britaniya, İtaliyadan dövlət rəsmiləri iştirak ediblər".

A.Rəhimov bildirib ki, acılış mərasimində Avropa və Azərbaycan mədəniyyətinin tarazlı şəkildə təqdim olunmasına nail olunub./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar