Hindistanda təyyarə qəzası
09.05.2015 681 0.0 0

Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, hadisə Alipurduara şəhəri yaxınlığında baş verib.

 

Qəza nəticəsində 2 yerli sakin ölüb. Katapult edən təyyarənin pilotu isə yüngül xəsarətlərlə hospitala yerləşdirilib.

 

Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Əsas səbəb kimi insan faktoru və uçaqların texniki nasazlığı göstərilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar