BİLƏSUVARDA MÜBARİZ İBRAHİMOVUN ADINI DAŞIYAN KÜÇƏ DƏ BAXIMSIZ QALIB (FOTOLAR)
29.12.2014 1611 0.0 0

Biləsuvar ratonunda da son bir ildə kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar olaraq mərkəzsi küçələrin qazılması yoları bərbad hala salıb. 

Qazeta.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, artıq  işlərin yekulnlşdığı küçələrdə yoların təmir olunmaması ərazilərdə gölməçələrin və bataqlığın yaranmasına səbəb olub.Lakin başı özlərinə iqamətgah tikdirib və bahalı mebellərlə təchiz olunmasına qarışan rayon rəhbərliyi bu vəziyyətdən heç də narahat deyil. 

Nəzər alsaq ki, ötən həftə havalar son dərəcə yağmurlu keçibvə qarşıda hələ bütün qış fəsli var, onda buradakı vəziyyətin nə həddə olduğunu təsəvvür etmək heç də çətin deyil. 

 

Hətta vəziyyət o həddə çatıb ki, əraziyə nəinki texnika girə bilmir, heç sakinlər evlərindən küçəyə çıxa bilmirlər.
Xatırladaq  ki, kanalizasiya sistemini çəkən şirkətin götürdüyü öhdəliyə görə, işlərin yekunlaşdığı ərazidə yolları da nisbətən təmir edib təhvil verməlidirlər.

Lakin nədənsə götürülən öhdəlik yerinə yetirilmir.

 

 

Biləsuvar rayonundan əldə etdiyimiz məlumata görə, Rayon rəhbərliyi aparılan işlərin hələ tam başa çatmamsını ortaya bəhanə ataraq  2015 ci ildə keçiriləcək deputat seçkilərinə qədər yolları bu vəziyyətdə saxlamaqdır.

Lakin yerli sakinlər  qismən də olsa yolların abadlaşdırılmasını tələb edir.Əslində nəinki sravi vətəndaşları hətta rayonun rəhbər strukturlarında çalışan bir sra vəzifəli şəxsləri də rayon mərkəzinin  keçilməz dağ yollarına bənzəməsindən beziblər.

 

 

Xatırladaq ki ,ara küçələri də bərbad hala düşən Biləsuvarda ən acınacaqlı və təlabatın olduğu yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədir.

Əvvələr Bakı-Astara  yolunun bir hissəsi olan bu asfalt yol indi artileriya atəşindən sonrakı vəziyyəti xatırladır.

 

 

Rayon sakinlərinin verdiyi məlumata görə, rayon əksər mərkəzi küçələri qazıntı işləri aparılanadək asfalt örtük çəkilərək abadlaşdırılmışdı.İni həmin abadlıqdan zərrə də olsa əlamət qalmayıb.

Son 2-3 ildə başlanan və bir çox ərazilərə yekunlaşan bu qazıntı işlərindən sonra nə tikinti aparan cavabdeh təşkilat nə  Bələdiyyə nə də digər aidiyyatı təşkilat həmin ərazilərə az da olsa təmir etməyiblər.

 


Teqlər:BİLƏSUVARDA MÜBARİZ İBRAHİMOVUN ADI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar