Hindistan ordusu Pakistan ordusunun dörd hərbi postuna zərbə endirib
30.10.2016 700 0.0 0

Dünən Hindistan ordusu Cammu və Kəşmir ştatlarında Keran sektorunda Pakistan ordusunun dörd hərbi postuna zərbə endirib.

 

NDTV telekanalına istinadən verilən məlumata görə, Hindistan ordusundakı mənbə 20 Pakistan hərbçisinin öldürüldüyünü bildirib.

 

Telekanalın yaydığı xəbərdə  Hindistan ordusunun Pakistan hərbçilərin atəşkəsi tez-tez pozmasına cavab olaraq bu addımın atıldığı bildirilir. Atəşkəsin pozulması nəticəsində Maçil sektorunda 1 Hindistan hərbçisi ölüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar