Helsinki komissiyasından Ermənistana verilən `İskəndər` sistemləri haqda açıqlama
18.05.2017 1204 0.0 0

ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb.

Məlumata görə, senator Rusiyanın ATƏT üzvü olan Ermənistana “İskəndər-E” raket sistemlərinin təhvil verdiyini vurğulayıb.

R.Uikerin fikrincə, bu amil ciddi narahatlıq doğurur, çünki bu cür silahların tədarükü vəziyyəti destabilizə edərək Avropada və Avrasiyada gərginliyin daha da artmasına səbəb olur.

Öz növbəsində ABŞ Dövlət katibinin keçmiş katibi Stivem Rademeyker qeyd edib ki, raket texnologiyaları üzərində beynəlxalq nəzarət rejimi mövcuddur.

Onun sözlərinə görə, Rusiyanın “İsgəndər” sistemlərinin hansı versiyasını Ermənistana verdiyini bilmək vacibdir: “Əgər bu “İsgəndər-E” sistemidirsə, bu silahlanmaya nəzarət sazişinə uyğundur. Amma “İsgəndər-M” raket sistemlərinin tədarükü qəbuledilməzdir”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar