Tarix: 11.12.2016,   Saat: 10:01, Bazar.          

Hava şəraiti kəskin soyuyur - Qar, yağış, dolu... XƏBƏRDARLIQ

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən xəbər verir ki,

 

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv, 17-də isə yağışın güclü olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək, 17-də gecə 8-10, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

 

Azəırbaycanın rayonlarında

Oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



  Bölmə: Xəbər | Baxış sayı: 1217 | Tarix: 14.10.2016, 15:54


Xəbərlər