Halit Ergenç əsəbiləşdi: `İlk evliliyimi bitirməyimin Bergüzarla əlaqəsi yoxdur`
23.09.2017 917 0.0 0

Azərbaycanda “Min bir gecə” serialı ilə tanınan və elə bu filmlə də aralarında sevgi münasibəti başlayan, daha sonra ailə quran məşhur cütlük Bergüzar Korellə Halit Ergençin evlilikləri ilə bağlı tənqidi fikirlər yayıb. Halit Ergenç həmin fikirlərə sosial şəbəkədəki şəxsi səhifəsində reaksiya verib.

 

Qazeta.info Ailem.az-ın məlumatına əsasən bildirir ki, aktyor xanımı ilə fotosunu paylaşaraq bunları yazıb: "İllər əvvəl münasibətimiz başlayanda hər kəs ağzının suyunu axıdaraq üstümüzə düşəndə nələr yaşadığımızı bir müsahibəmdə açıqlamışdım. Adam olan kəs sözü bir dəfə deməklə anlayar. Amma bu gün, bu qədər illər sonra hələ də bəzi yerlərdə xüsusən də Bergüzar haqqında bəzi çirkin fikirlər səslənirsə, demək, mən halımızı yaxşı izah edə bilməmişəm.

 

Xanımlar və bəylər, yenə deyirəm - ilk ailə həyatıma son qoymağımın Bergüzarla zərrə qədər də əlaqəsi yoxdur. Rəsmən və qarşılıqlı anlaşma ilə bitən evlilikdən bir müddət sonra belə çətinliklər olacağını bilə-bilə, sevgi ilə başlayan bir münasibətdir bizimki. “-mış, -miş” və “eşitdik ki” kimi ifadələrlə yazılmış dedi-qodukara inanmaq doğru iş deyil.

O ki qaldı dedi-qodusunu etdiyiniz qarşı tərəfə, onların hazırda ailələri və övladları  var. Bir az hörmət göstərin, lütfən.

 

Bergüzar Korel mənim 8 illik həyat yoldaşımdır, oğlum Əlinin anasıdır, hər zaman sevdiyim və ən qiymətlimdir. Haqqımızda yazılanları qınayıram".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar