Əhalini aldadan marketlərin adları açıqlanıb-SİYAHI
07.08.2015 840 0.0 0

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Qazeta.info
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən bildirir ki, nazirliyin Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsində Əmirarşad Bərxudarova məxsus mağazada;


Binəqədi rayonunda
- 8 mikrorayon, S.S.Axundov küçəsində Tahir Orucova məxsus super marketdə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı;


Bakının Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsində Şakir İbrahimova məxsus mağazada;


Bərdə rayonunda
- Hüseynbəyli kəndində Çingiz Məmmədova məxsus yeməkxanada;
- Bərdə şəhəri, Nizami küçəsində Rəhim Hacıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Qaradağ rayonunda
- Sahil qəsəbəsi, N.Mustafayev küçəsində Natəvan Nağıyevaya məxsus mağazada;


Sabunçu rayonunda
- Zabrat qəsəbəsində Azad Qəhrəmanova məxsus "Ailə" marketdə;


Gədəbəy şəhərində
- H.Əliyev prospektində Vüqar Ruşanova məxsus mağazada;


Tovuz rayonunda
- Aşağı Quşçu kəndində Namiq Əmiraslanova və Sədaqət Tağıyevaya məxsus mağazalarda;


Bərdə rayonunda
- Güloğlular kəndi, Təzə bazarda Nazim Abbasova məxsus mağazada;
- Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində İlyas Hüseynova məxsus mağazada;


Xaçmaz şəhərində
- 20 Yanvar küçəsində Elvin Poladova məxsus mağazada;


Lənkəran şəhərində
- Z.Əliyeva prospektində Emil Azadova məxsus mağazada;


Qəbələ rayonunda
- Xırxatala kəndində Cavad Gözəlova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Qazeta.info İSN-ə istinadla bildirir ki,  istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar