Hacıbala Abutalıbovdan Bakıda söküləcək villalar haqda açıqlama
24.05.2015 847 0.0 0

Bakıda əsasən "Dostluq" parkının ərazisində olmaqla qanunsuz tikilən 42 villa sökülür.
ATV kanalına istinadən verilən məlumata görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov deyib ki, villalarla bağlı böyük söküntü işləri gedir.

Bakı şəhər icra başçısı deyib ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz: "Bunlar 5-10 milyonluq böyük tiklilərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar