Hacı Məmmədovun həyat yoldaşı kimi təqdim olunan məhkumun kimliyi məlum olub
16.06.2016 1400 0.0 0

Amnistiyaya düşərək ötən gün həbsdən azad edilənlər arasında Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın da olması barədə məlumatlar yayılıb.

 

Qazeta.info bildirir ki, APA-nın əldə etdiyi məlumata görə isə amnistiyaya düşən şəxslərin arasında N. Quliyevanın olduğu barədə xəbərlərin heç bir əsası yoxdur. N. Quliyeva kimi təqdim olunan şəxs isə Təranə Əliyevadır.

 

Bildirək ki, qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində Amnistiya Aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb. Azadlığa buraxılanlar İradə Bayramova, Humay Əsədova və Təranə Əliyevadır.

 

T. Əliyeva Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə (soyğunçuluq) cinayət törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Cəzasının çəkilməmiş 6 ayından azad edilib.

 

Onu da qeyd edək ki, ümumi rejimli Cəzaçəkmə Müəssisələrində cəza çəkən ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərə amnistiya aktı şamil olunmur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar