Həsən Ruhani ilk dəfə Avropaya səfər edəcək
22.12.2015 536 0.0 0

İran prezidenti Həsən Ruhani 2016-cı ilin yanvarında ilk dəfə Avropaya səfər edəcək.
 
Xəbərə görə, bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.
 
H. Ruhani yanvarın 25-də İtaliyaya, 27-də isə Fransaya səfər edəcək.
 
Qeyd edək ki, İran prezidentinin bu ilin noyabrında Fransaya səfər edəcəyi gözlənilirdi. Lakin Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hadisələri ilə əlaqədar səfər təxirə salınmışdı. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar