HƏMAS-ın nümayəndə heyəti Moskvaya yollanıb
19.09.2017 496 0.0 0

Fələstinin İslam Müqaviməti Hərəkatının (HƏMAS) nümayəndə heyəti Rusiyanın paytaxtına yollanıb.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, Moskvaya hərəkatın Misirdə fəaliyyət göstərən siyasi büro rəhbərinin müavini Musa Abu Marzuk və daha iki funksioner səfər edəcək.

 

Hərəkatdan səfərin müddəti, gündəliyi və nümayəndə heyətinin Moskvada kimlərlə görüşəcəkləri barədə açıqlama verməyiblər. Mayda Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov və HƏMAS-ın siyasi bürosunun yeni başçısı İsmayıl Haniyə arasında telefon danışığı olub. Tərəflər Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.

 

Qeyd edək ki, ötən gün HƏMAS Fələstin hökumətinin Qəzza sektorunda səlahiyyətlərini yerinə yetirməyə başlamasına, parlament seçkilərinin keçirilməsinə və FƏTH Hərəkatı ilə dialoqa hazır olduğunu bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar