«Həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır»
22.05.2015 856 0.0 0
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa Sammitində çıxış edib.
 

Qazeta.info Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, Azərbaycan XİN rəhbəri çıxışında Şərq Tərəfdaşlığı üzrə Vilnüs Sammiti tərəfdaşların Aİ ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən etdiyini qeyd edərək, bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qaldığını qeyd edərək,  Azərbaycana timsalında Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqda olduğunu bildirib.

2004-cü ildən etibarən Azərbaycanda ÜDM 3,5 dəfə artmasına diqqət çəkən E.Məmmədyarov bunun dünyada rekord rəqəm olduğunu bildirib. "Son 11 ildə investisiyaların həcmi 180 milyard ABŞ dollarına çatmışdır. Bizim 2004-cü ildə 1,8 milyarda bərabər olan xarici valyuta ehtiyatlarımız hal-hazırda 50 milyard ABŞ dollarını keçir. Nüfuzlu beynəlxalq təşkilatların iqtisadi göstəriciləri Azərbaycanın regionda dayanıqlı iqtisadi artıma malik olan qabaqcıl ölkə olduğunu təsdiq edir.

Bütün bu nailiyyətlər ölkənin davamlı siyasi islahatları ilə birlikdə addımlayan müasirləşməsinə töhfə verir. Azərbaycan fəal vətəndaş cəmiyyəti və ictimai iştirakın ölkədəki demokratik həmrəylik və iqtisadi inkişafda aktiv rol oynaya biləcəyini qəbul edir. Siyasi stabillik bizə bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirmək üçün üstünlüklər verən qiymətli nailiyyətimizdir.

Dərin tarixi köklərə malik olan çoxmədəniyyətli cəmiyyət Azərbaycanı “sülh və rifah adası”na çevirir. Bu gün bütün etnik qruplar və dinlər Azərbaycanda bərabər hüquq və imtiyazlardan faydalanırlar. Biz multikulturalizmin təşviqinə hər hansı digər alternativin olmadığından əminik. Müasir dünya zorakılıq və mübarizəyə gətirib çıxaran özünü kənarlaşdırma və təcridə yol verə bilməz. Azərbaycan multikulturalizmin təşviqi sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlıq etməyə və tarixi təcrübəsini paylaşmağa hazırıdır."deyə bildirən nazir Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyinə  diqqət çəkərək, Cənub Qaz Dəhlizinin Bakıdakı təməlqoyma mərasiminin ardınca Türkiyənin Qars şəhərində TANAP üçün oxşar tədbirin keçirilməsi infrastruktur ilə bağlı məsələlərin həllində irəliyə doğru addım olduğunu qeyd edib.

Daha sonra , müvafiq hökumətlərin qarşılıqlı etimad, etibar və dəstəyi, eləcə də, cəlb olunan şirkətlər arasındakı effektiv əlaqə Cənub Qaz Dəhlizinin vaxtında və müvəffəqiyyətlə icrasının əsas ilkin şərtləri olduğunu bildirib.Buna misal olaraq, Azərbaycan Aİ və beynəlxalq maliyyə institutlarının iştirakı ilə Cənub Qaz Dəhlizi ölkələrinin Məşvərət Şurasının Bakı şəhərində ilk iclasın  keçirildiyi Azərbaycan XİN rəhbəri tərəfindən xatırlanıb.

Daha sonra E.Məmmədyarov , "Cənub Qaz Dəhlizi Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcəkdir. Buna görə, Azərbaycan yeni mənbələrdən yeni enerji həcmləri gətirəcək bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir.
Enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir. Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır." deyə bildirib. 

Digər geostrateji layihə olan Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin Dörd il əvvəl Azərbaycan tərəfindən təşəbbüsü irəli sürüldüyünü bildirən E.Məmmədyarov bu layihənin də cari ildən fəaliyyətə başlayacağını, bu dəhlizin Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacağını qeyd edib.


"Həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır. Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalının davam etməsi regiondakı qeyri-stabilliyin əsas amilidir. Ermənistan BMT TŞ-nin məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk Qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq, Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcəkdir.

Regionda sülhün, stabilliyin, eləcə də, mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdırlar. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir."deyə bildirən Azərbaycan XİN rəhbəri


"Biz gələcək Avropa Qonşuluq Siyasəti çərçivəsindəki münasibətlərimizdə tələblərə uyğun yanaşmanı dəstəkləyirik. Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır. Saziş layihəsi artıq rəsmi olaraq, Avropa İttifaqının komissarı Yohannes Han və yüksək nümayəndəsi Federika Moqeriniyə təqdim edilmişdir.

Bəyannamə ilə bağlı onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadadır." deyə çıxışına yekun vurub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar