Həkimlərin xərçəng hesab etdiyi 26 yaşlı qızın beynindən əkizi çıxdı
25.04.2015 909 0.0 0

Türkiyə mətbuatı Daily Mailin xəbərinə istinadla bildirir ki, oxumaq və ünsiyyət qurmaq problemi yaşayan 26 yaşlı Yamini Karanamin beynində yumru formada  şiş təsbit edilib. Aparılan araşdırmalardan sonra şişin kəsilməsinə qərar verən cərrahlar Yamininin beynini açdığında və şiş hesab etdiklərini çıxardıqlarında çaşqınlıqa məruz qalıblar.
Cərrahlara Yamininin beynindəki şişin sümüklü, saçlı və dişləri olan rüşeym bir əkiz yəni teratom olduğunu məlum olub. 

Bildirək ki, teratom bir şiş növüdür. Terminin etimoloji mənşəyi köhnə Yunancadan "canavar şiş" mənasını verən bir termindir. Teratom hər üç inkişaf hüceyrəsi layını (ektoderm, mezoderm və endoderm) da ehtiva edən, dölə xas toxumalardan meydana gəlmiş bir şişdir. Teratomlara ümumiyyətlə yumurtalıq və xayalarda rast gəlinir. Beyində raşt gəlinməsi olduqca nadir haldır.
Yaminini əməliyyat edən həkimlər etdikləri 7000 beyin şişi əməliyyatında yalnız 2 ədəd teratoma rast gəldiklərini və bunun çox nadir hal olduğunu bildiriblər. 

Məlumata görə teratomlarda ümumiyyətlə saç, diş və sümük tapılması ilə yanaşı nadir hallarda göz, əl, ayaq və digər üzvlər kimi orqanlara da rast gəlinmişdir.
Bəzi hallarda isə tam mənasıyla bir döl bənzərliyi kimi qeyd olunur.  Fotoşəkildə görünən yumurtalıqlardan alınmış bir teratom nümunəsidir.

 

  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar